Aktrisanın çəkilişdə halı PİSLƏŞDİ: təcili əməliyyata alındı

27 May 2025 12:57

Türkiyəli məşhur aktrisa Devrim Özkanın çəkiliş meydanında halı pisləşib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Çift kişilik oda" serialına çəkilən aktrisa dərhal xəstəxanaya aparılıb.

Böyrək daşı problemindən əziyyət çəkən Devrim əməliyyat olunub.

Qeyd edək ki, o, artıq xəstəxanadan evə buraxılıb. Bir müddət istirahədən sonra çəkiliş meydançalarına geri qayıdacaq.

Hüseyn
Milli.Az