Ronaldo “Əl-Nəsr”dən gedir?

27 May 2025 10:21

Portuqaliyalı superulduz Cristiano Ronaldo-nun son Instagram paylaşımı fanatlarında yeni suallar doğurub.

Milli.Az xəbər verir ki, "Əl-Nəsr" klubunun ulduz hücumçusu mövsümün başa çatmasının ardından etdiyi qeyri-müəyyən paylaşımı ilə diqqət çəkib:

"Bu fəsil bitdi. Hekayə? Hələ yazılır. Hər kəsə minnətdaram" .

Bu sözlər Ronaldonun Səudiyyə Ərəbistanı karyerasının sonuna gəlib-gəlmədiyini düşündürür. Sosial mediada minlərlə istifadəçi artıq onun növbəti dayanacağı barədə fərziyyələr irəli sürür. Bəziləri onun MLS-də (Amerika Major Liqa) yeni bir macəraya başlayacağını, digərləri isə ulduz futbolçunun karyerasını başladığı doğma klubu - Sporting Lisabona dönəcəyini iddia edir.

Hələ ki Ronaldo və ya klub tərəfindən rəsmi açıqlama verilməyib. Amma onun "bu fəsil bitdi" ifadəsi həm mövsümə, həm də bəlkə də Al Nassrdakı karyerasına işarə ola bilər. 

Qeyd edək ki, "Əl-Nəsr" Səudiyyə Ərəbistanının son matçında uduzaraq üçüncü yeri tutub. Komanda Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

40 yaşlı Ronaldo 2023-cü ildən Səudiyyə təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi bu il iyunun 30-da başa çatır.

Milli.Az