Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti Neymarı milliyə çağırmama səbəbindən danışıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Santos"un hücumçusunun aktivində bu mövsüm bütün turnirlərdə 11 matçda, 3 qol və 3 məhsuldar ötürmə var.
İtaliyalı mütəxəssis ulduz futbolçu barədə bunları deyib:
"Çalışırdım ki, yaxşı formada olan futbolçular seçim. Neymar bu yaxınlarda zədələnmişdi. Hər kəs onun çox vacib oyunçu olduğunu bilir və həmişə belə olacaq. Hazırda Neymar kimi zədədən əziyyət çəkən və milliyə çağırıla bilməyən çoxlu futbolçularımız var. Neymar məsələsinə gəldikdə, biz ona güvənirik. Braziliya ona ümid bəsləyir. Bu səhər qərarımı izah etmək üçün onunla danışdım. Mənimlə tamamilə razıdır".
Hüseyn
Milli.Az