Vadji “Qarabağ”a qayıdır

27 May 2025 00:33

"Sent-Etyen"in hücumçusu İbrahima Vadji Azərbaycana qayıda bilər.

Milli.Az xəbər verir ki,  İ.Vadji Fransa klubu ilə müqavilə imzalamayacaq. Seneqallı forvard "Qarabağ"a qayıtmaq istəyir. 

Ağdam klubu 1 milyon avroya satdığı futbolçunu azad agent kimi heyətinə qatacaq. 

Qeyd edək ki, İbrahima Vadji 2021-2022 mövsümündə "Qarabağ"ın heyətində 36 oyunda 20 qol vurub.

Milli.Az