Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək

26 May 2025 21:37

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Şirvan şəhərində mənzillər veriləcək.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.

Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 20 ədəd birotaqlı, 20 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum mənzillərin satın alınmasına 4,6 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xatırladaq ki, daha əvvəl Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün Bakı şəhərində 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum paytaxt üzrə həmin mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb. 


Milli.Az