Xalq artisti uzun aradan sonra efirdə - VİDEO

26 May 2025 20:27

Xalq artisti Ofeliya Sənani uzun aradan sonra efirə çıxıb.

Milli.Az xəbər verir ki, aparıcı "Elgizlə izlə" verilişində qonaq olub. İlk dəfə ad gününü efirdə qeyd edən O.Sənani gül-çiçək yağışına tutulub.

"Bir onu bilirəm ki, xalqıma qurban olum. Mən onlarla nəfəs alıram. Əsgərlər hərbi formada yanımdan keçəndə onları saxlayıb qollarından öpürəm. Əsgərlərimə qurban olum, onlar bizi qoruyur. Xaqlımızın hər bir nümayəndəsi mənə əzizdir. Əlimdə nəyim varsa, hamısını verərəm, təki sərbəst, əmin-amanlıq içində yaşasınlar. Allah onları qorusun" deyə, aparıcı bildirib.

Qeyd edək ki, bu gün, mayın 26-da O.Sənaninin 83 yaşı tamam olub.

Xalq artisti ötən il infarkt keçirmişdi. Ona həm də ağciyər ödəmi diaqnozu qoyulmuşdu. (Axşam.az)

Milli.Az