Fövqəladə Hallar Nazirliyi (FHN) Nəvahi qəsəbəsində 11 ailə üçün fərdi yaşayış evinin tikintisinə başlayır.
Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın məlumatına görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.
Belə ki, FHN-in sifarişi ilə Nəvahi qəsəbəsində 11 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisi aparılacaq. Nazirlik tikinti işlərinin icrasını "Safari" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, evlərin tikintisi 715.000 manata başa gələcək.
Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.
Milli.Az