Gecə saat 3-də tualetə girdi, nəhəng ilanla qarşılaşdı

27 May 2025 08:24

Taylandın paytaxtı Banqkokda qeyri-adi hadisə baş verib. Gecə saatlarında tualetdən istifadə etmək üçün hamama girən yerli sakin Tattam Hannarong tualetin içində təxminən 2,5 metr uzunluğunda piton ilanı ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Sai Mai rayonunda, saat 03:00 radələrində qeydə alınıb. Hannarong dərhal xilasetmə xidmətinə müraciət edib və ilanın görüntülərini mobil telefonu ilə lentə alaraq sosial şəbəkədə paylaşıb. O, paylaşımında "Bunu gecə saat 3-də evimdə tapdım, bir az qorxuludur" deyə yazıb.

Xilasedicilər hadisə yerinə gələrək pitonu zərərsizləşdiriblər. Hadisə yerli mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Asya
Milli.Az