Müğənni Türkan Vəlizadə maraqlı etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, ifaçı artıq əvvəlki özünü görmədiyini bildirib.
Bir ilə qocaldığını deyən sənətçi fikirlərinə bu sözlərlə qüvvət verib:
"Anam və bacılarımla oturmuşduq. Deyirəm ki, mənə elə gəlir bir il ərzində çox qocalmışam. Keçən ilki Türkan deyiləm. Ötən il çəkilən video və şəkillərimə baxıram, mən, o mən deyiləm (gülür).
Anam da deyir ki, böyümüsən, təcrübən artıb. Ona görə sənə elə gəlir. İnsanın yaşına üstə yaş gələndə daha da gözəlləşir".
Musa
Milli.Az