Amerika xəritədən silinə bilər

26 May 2025 17:55

Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün ciddi təhlükə barədə xəbərdarlıq ediblər. Geoloqlar bildirirlər ki, qarşıdakı 50 il ərzində baş verə biləcək güclü zəlzələ nəticəsində Sakit okeanın sahil bölgələrində dağıdıcı meqa-sunami baş verə bilər.

Milli.Az xəbər verir ki, risk altında olan əsas ərazilər arasında Alyaska, Havay adaları, Vaşinqton, Oreqon və Şimali Kaliforniya ştatları xüsusi ilə qeyd olunur.

Mütəxəssislərin diqqət çəkdiyi əsas səbəb Kaskadiya tektonik qırılma xətti ilə bağlıdır. Vanquver adasından Mendosino burnuna qədər uzanan bu seysmik zona hələ də aktiv hesab olunur və potensial təhlükə mənbəyi olaraq qalır. Son elmi araşdırmalara görə, bu ərazidə 8 bal və ya daha güclü zəlzələnin yaxın 50 ildə baş vermə ehtimalı təxminən 15 faiz təşkil edir.

Adi sunamilərlə müqayisədə meqa-sunamilər son dərəcə nadir, lakin daha dağıdıcıdır. Onlar ani şəkildə meydana çıxır və çox vaxt əvvəlcədən xəbərdarlıq etmək mümkün olmur.

Alimlərin fikrincə, belə fövqəladə hal zamanı əhali üçün təxliyə və hazırlıq üçün vaxt demək olar ki, olmayacaq. Belə hallarda hər şey cəmi bir neçə dəqiqə ərzində baş verə bilər.

Mütəxəssislər ABŞ hakimiyyətinə və ictimaiyyətə bu riski ciddiyə almağı, sahil şəhərlərində təcili təhlükəsizlik planlarının hazırlanmasını və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsini tövsiyə edirlər.

Asya
Milli.Az