“Ellerimde Çiçekler”in ifaçısı vəfat etdi

26 May 2025 15:15

Uzun müddətdir xərçəng müalicəsi alan tanınmış sənətçi İlhan Şeşen 76 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, Ailəsi İlhan Şeşenin ölüm xəbərini təsdiqləyib.

"Sarılınca Sana", "Ellerimde Çiçekler" və "Neler Oluyor Bize" kimi məşhur mahnılarla yadda qalan sənətçiyə 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.

Türk musiqisinin sevilən səsi olan Şeşen, həm solo karyerası, həm də "Grup Gündoğarken" ilə yaddaşlarda qaldı.

İsmayıl
Milli.Az