"Azərbaycanla sülhə çox yaxınıq"

26 May 2025 20:13

"Bizim strateji qərarımız sülh gündəminə sadiq qalmaqdır və mən ümidvaram ki, bugünkü hesabatın gedişində mən Ermənistanla Azərbaycan arasında sülhün nə dərəcədə yaxın olduğunu bizim beynəlxaq tərəfdaşlarımızın diqqətinə çatdırmağı və bunu daha nəzərəçarpan şəkildə etməyi bacardım" .

Milli.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Slovakiyanın baş naziri Robert Fitzo ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Paşinyan tarixi sülh sazişi fürsətinin əldən verilməməsi üçün rəsmi Bakı ilə məsləhətləşmələri davam etdirəcəyini diqqətə çatdırıb.

"Əlbəttə, bu məsələdə üzərimizə düşən öhdəliyi tam və hərtərəfli şəkildə yerinə yetirəcəyik və məmnuniyyətlə, qeyd etmək istərdim ki, bu tarixi fürsətin əldən verilməməsi üçün Azərbaycanla məsləhətləşmələrimizi davam etdiririk" .

Milli.Az