3 iyun saat 19:00-da Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı baş tutacaq.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Biz dünyayıq" adlı konsert proqramında "Musiqili Uşaq Teatrı", "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, "Şəms" uşaq xoru, vokal sinifi, "Simurq" musiqi festivalının iştirakçıları bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edəcək.
Biletlər https://iticket.az/events/kids/we-are-the-world2025/156517
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az