Məşhur türkiyəli aktrisa ölümdən döndü - Maşını bu hala düşdü - FOTO

26 May 2025 13:30

Aktrisa Şerif Sezer avtomobil qəzasına düşüb.

Milli.Az xəbər verir ki, "Asmalı Konak" və "Karagül" serialları ilə tanınan tanınmış aktrisa Şerif Sezer Bodruma gedərkən yol qəzasına düşüb.

Hadisə Muğlanın Milas rayonunun girişində baş verib. Sezerin olduğu avtomobil Bodrum istiqamətində hərəkətdə olarkən, Söke tərəfindən gələn başqa nəqliyyat vasitəsi ilə naməlum səbəbdən toqquşub. Toqquşma nəticəsində hər iki avtomobil ağır zədələnib. Hadisə yerinə çağırılan təcili tibbi yardım və polis qrupları dərhal müdaxilə ediblər.

Sezerə ilkin tibbi yardım göstərildikdən sonra o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Sağlamlıq durumunun yaxşı olduğu bildirilib. Qəzanın səbəbi ilə bağlı araşdırmalar davam edir.

Qəza səbəbilə Milas-Söke yolunda nəqliyyat axını bir müddət dayandırılıb. Hadisə yerinə çağırılan texniki xidmət qrupları zədələnmiş avtomobilləri yoldan kənarlaşdırdıqdan sonra hərəkət bərpa olunub.

İsmayıl
Milli.Az