"Nə etsəm də, qayınanam qədrimi bilmədi"

26 May 2025 19:26

Müğənni Mənzurə Musayeva maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, uğursuz ailə həyatından danışıb.

Hər cür fədakarlıqları etdiyini deyən sənətçi qayınanasının onun qədrini bilməməsindən gileylənib:

"İnsanlar mənə heç vaxt dəyər verməyib. Təkcə Allah mənə dayaq olub. Yaxşılıq edənin qədri bilinmir. Ərimin qohumları qaçqın olaraq gəlmişdilər. Bir otaqlı evdə 9 nəfərə yer saldım. Özüm mətbəxdə yatırdım. Bunları kim edər? Qazanıb gətirirdim, hamısı üçün nəsə edirdim. O vaxt qız toylarına gedirdim. Həyat yoldaşım məni yalnız qadın məclislərinə getməyimə icazə verirdi. Çoxlu xalatlar, corablar daşıyıb verirdim qayınanamgilə, onlar da dükana qoyub satırırdılar.

Toya gedəndə öncədən 4-cü yeməyə kimi bişirib qoyurdum ki, ac qalmasınlar. Söz tapmıram, heç olmasa, bir dəyər verərdilər".

Musa
Milli.Az