Ağdam rayonunun Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Milli.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı mayın 25-də Ağdam Rayon Prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Baxış zamanı aşkar olunan sümük qalıqları müvafiq qaydada götürülərək ekspertiza və laborator müayinəyə göndərilib.
Eyni zamanda digər zəruri prosessual hərəkətlər də həyata keçirilib.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az