Prezidentin əfv etdikləri arasında o da var - FOTO

26 May 2025 10:24

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Milli.Az xəbər verir ki, onların arasında Bakıda metro divarlarını yazan Fransa Respublikasının vətəndaşı 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var.

Qeyd edək ki, Clerc Theo Hugo 2024-cü ildə Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Milli.Az