Yay aylarının ən sevilən içkilərindən olan ayran təkcə təravətləndirici təsiri ilə deyil, həm də sağlamlığa müsbət təsirləri ilə diqqət çəkir. Su, qatıq və duzun harmoniyası ilə hazırlanan ayran bədəni sərinlətməklə yanaşı, enerji verir və qan təzyiqini tarazlamağa kömək edir. Lakin son araşdırmalar göstərir ki, ayrana əlavə edilən bəzi sadə təbii məhsullar onun təsirini qat-qat artırır.
Mütəxəssislər bildirirlər ki, ayranın içinə 1 qaşıq bu məhsullardan əlavə etməklə orqanizmdə bir sıra faydalı dəyişikliklər baş verir: qan təzyiqi normallaşır, büzülmüş damarlar açılır və bədən toksinlərdən təmizlənir. Bəs ayrana nələr əlavə etmək tövsiyə olunur?
Zəncəfil
Zəncəfil güclü iltihabəleyhinə təsiri ilə tanınır. Toz və ya sürtgəcdən keçirilmiş şəkildə ayrana əlavə olunduqda, qan dövranını sürətləndirir və qan təzyiqini tənzimləyir.
Limon suyu
C vitamini ilə zəngin olan limon suyu damar elastikliyini artıraraq qan təzyiqini aşağı salır. Həmçinin, ayranın dadını təzələyir və daha təravətli hala gətirir.
Təzə nanə
Həzm sistemini dəstəkləyən nanə eyni zamanda qan damarlarını genişləndirərək qan axınının yaxşılaşmasına səbəb olur. Bir neçə budaq təzə nanə ilə ayran həm dadlı, həm də faydalı olur.
Sarımsaq
Sarımsaq immunitet sistemini gücləndirir və təzyiqin düşməsinə yardım edir. Rəndələnmiş bir diş sarımsağı ayrana əlavə etdikdə, həm güclü dad əldə olunur, həm də damarlar təmizlənir. Lakin miqdarda ehtiyatlı olmaq tövsiyə edilir.
Milli.Az