Avtomobildə partlayış - yaralılar var - FOTO

26 May 2025 09:52

Yevlaxda minik maşınının yanması nəticəsində 2 nəfər xəsarət alıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə keçmiş yun zavodu binası yaxınlığında baş verib. 

Belə ki, "Mitsubishi" markalı avtomobilin yük yerinə yığılan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub.

Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az