İctimai Televiziyada yayımlanan "SƏS Azərbaycan" müsabiqəsinin final gecəsi keçirilib.
Milli.Az xəbər verir ki, Xalq artisti Röya Ayxanın komandasının üzvü Cəmilə Haşımova yarışmanın qalibi adını qazanıb. O, həmçinin 25.000 manatlıq mükafatı da əldə edib.
Müğənni yaşadığı hissləri belə dilə gətirib:
"Bu mənim ən böyük arzum idi. Röya xanıma sonsuz təşəkkür edirəm. Onun dəstəyi olmasaydı, bura qədər gəlmək mümkün olmazdı."
Röya Ayxan isə qələbə barədə bunları deyib:
"Qızım qalib oldu! Bu, təkcə onun yox, bütün komandamızın zəfəridir. Səhnəyə inanan hər bir istedada bu qələbə həsr olunur".
Musa
Milli.Az