Bakının mərkəzində ağır QƏZA: ölən var

26 May 2025 09:27

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Andrey Burlakov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaqı aparılır.

Milli.Az