Azərbaycanda bu valyutalar BAHALAŞDI

26 May 2025 09:18

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Milli.Az xəbər verir ki, avronun məzənnəsi 0,8 % artaraq 1,9400 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,2 % artaraq 2,1375 manat təşkil edib.

Milli.Az