Ən güclü "Fənərbağça" oldu

26 May 2025 08:53

Basketbol üzrə Avroliqanın finalında Türkiyə nəhəngi "Fənərbağça" ilə Fransa "Monako"su qarşılaşıb.

Milli.Az xəbər verir ki, Əbu-Dabidəki "Etihad Arena"da keçirilən görüşdə "sarı-lacivərdlilər"  81:70 hesablı qələbə qazanıblar.

"Fənərbağça" bu nəticə ilə tarixində ikinci dəfə Avroliqanın ən güclüsü olub.

Hüseyn
Milli.Az