Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO

25 May 2025 22:56

Kür çayında mühərriki dayanan Kater turistlərin qorxusuna səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kürün Mingəçevirdən keçən hissəsində baş verib.

Gəzinti üçün Katerə minən sərnişinlər mühərrik dayanan zaman həyacanlı anlar yaşayıb.

Hazırda sərnişinlərin Katerdən evakuasiya prosesi aparılır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az