Kirkorovun qızı tənqidlərə cavab verdi

25 May 2025 17:58

Rusiyanın Xalq artisti Filipp Kirkorovun 13 yaşlı qızı Alla-Viktoriya sosial şəbəkələrdəki tənqidlər səbəbilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, TikTok istifadəçiləri onu Alla Puqaçovanın övladları Liza və Qari Qalkinlə müqayisə edib. Onlar yazıb ki, Alla-Viktoriya guya ərköyündür, halbuki Liza və Qari tərbiyəli uşaqlardır.

Alla-Viktoriya isə bu tənqidlərə cavab verərək deyib ki, o, xoşbəxt bir uşaqlıq keçirib və gözəl bir insan kimi böyüyüb. O vurğulayıb ki, yaxşı uşaqlıq saatlarla pianinonun yanında durmaq demək deyil.

Daha əvvəl də Alla-Viktoriya sosial şəbəkələrdə "köklük" və "çirkinlik" kimi kobud ifadələrlə təhqir olunub. O, bu mövzuda hisslərini teleqram kanalında bölüşərək belə şərhlərin onu incitdiyini bildirib. Alla-Viktoriya sosial şəbəkələrdə aktivdir və TikTok-da yumoristik videolar paylaşır.

Filipp Kirkorov isə qızına qarşı bu təzyiqlərdən xəbər tutandan sonra Alla-Viktoriya və onun qardaşı Martini Dubayda elit məktəbə göndərmək qərarı alıb. Onun fikrincə, uşaqlar yaxşı təhsil almalı və müstəqil şəkildə uğura nail olmağı öyrənməlidirlər.

Milli.Az