Tiflisin mərkəzindəki Qəhrəmanlar meydanında BMV markalı avtomobilin sürücüsü atəş açıb.
Milli.Az xəbər verir ki, bu barədə "Formula" telekanalı məlumat yayıb.
Məlumata görə, sürücü əlini avtomobilin pəncərəsindən çıxararaq bir neçə nəfərin toplaşdığı yerə atəş açıb. Onun həmin şəxslərlə mübahisəsinin olduğu bildirilib.
Hadisə yerinə polis gəlib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, atışma zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
Atəş açan şəxsin tutulması ilə bağlı məlumat verilməyib.
Kənan
Milli.Az