Qarabağ" mövsümdə qazandığı qələbələrlə klub tarixindəki rekordu təkrarlayıb.
"Qarabağ" Futbol Klubu 2024/2025-ci il Misli Premyer Liqası mövsümündə qazandığı 28-ci qələbə ilə öz tarixi rekordunu yenidən təkrarlayıb. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Komanda mövsümün sonuncu - XXXVI turunda "Şamaxı"ya səfərdə 1:0 hesabı ilə qalib gəlib. Bu nəticə Ağdam klubunun çempionatdakı 28-ci qələbəsi olub.
Qeyd edək ki, "Qarabağ" eyni uğura 2022/2023 mövsümündə də imza atmışdı. Klub bu göstərici ilə tarixində ikinci dəfə bir mövsümdə 28 qələbə qazanıb.
Azərbaycan çempionatları tarixində isə bir mövsümdə bundan daha çox - 30 qələbə - yalnız bir dəfə qeydə alınıb. Bu göstəriciyə "Neftçi" 1992-ci ildə 36 oyunda nail olub.
Kənan
Milli.Az