Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd edək ki, bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.
Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.
İmtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.
Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.
Milli.Az