Rusiyada güclü zəlzələ oldu

25 May 2025 09:25

Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələnin episentri Altay bölgəsinin Koş-Ağac rayonunda, Qızıl Daş kəndindən təxminən 12 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanlar bölgədəki 10 yaşayış məntəqəsində hiss olunub.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Kənan
Milli.Az