Kaxaber Tiskaridze və “Kaxaberi və Xanımlar” musiqi qrupu Nizami Kino Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək - VİDEO

24 May 2025 17:20

Gürcü musiqisinin tanınmış siması, elektro-folk janrının yaradıcılarından biri olan Kaxaber Tiskaridze və onun "Kaxaberi və Xanımlar" musiqi qrupu 13 iyun saat 20:00-da Bakıda, Nizami Kino Mərkəzinin sonuncu mərtəbəsində yerləşən Stereo Hall konsert zalında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Kaxaber Tiskaridze beynəlxalq musiqi layihələrinin iştirakçısı kimi Azərbaycanın tanınmış sənətçiləri - İsfar Sarabski, Sevda Ələkbərzadə və Aygün Kazımova ilə uğurlu əməkdaşlıqları ilə seçilmiş, regionun çağdaş musiqi həyatında özünəməxsus yer qazanmış sənətçidir.

Tədbir Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin və dostluğun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konsert Gürcüstan Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə həyata keçirilir. Layihənin təşkilatçıları Nizami Kino Mərkəzi və Media Mozg Group-dur.

Biletləri artıq əldə etmək mümkündür.

https://iticket.az/events/concerts/kahaberi-and-khanums01/156642

İnformasiya dəstəyi - Trend.Az. Day.Az. Milli.Az