Vəzifəli şəxsin evinin həyətində meyiti TAPILDI - FOTO

24 May 2025 15:59

Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.

Hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

64 yaşlı Hacıyev Əhliman Səlim oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Lent.az-ın əldə etdiyi məlumata görə, 3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. /Lent.az

Milli.Az