Bakıda tələbə faciəvi şəkildə öldü

24 May 2025 15:21

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi yol qəzasında həyatını itirib.

Milli.Az xəbər verir ki, bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Əmirova Gülnar Sabir qızı avtomobil qəzasında ölüb.

Milli.Az