Kafedə DƏHŞƏT: yaralananlar var

24 May 2025 19:06

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfinfən bıçaqlanıb.

Faktl bağlı araşdırma aparılır. /APA
 
Milli.Az