"Mançester"in oyunçusu üçün fantastik TƏKLİF

24 May 2025 16:30

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Milli.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Əl-Hilal"ın transfer siyahısındadır.

Səudiyyəlilər "qırmızı şeytanlar"a Fernandeş üçün 120 milyon avroluq təklif hazırlayıb.

"Əl-Hilal" 31 yaşlı futbolçuya isə illik 77 milyon avro məvaciblə 3 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Brunu Fernandeşin "Mançester Yunayted"lə sözləşməsi 2027-ci ilin yayına qədərdir. O, cari mövsüm ərzində meydana çıxdığı 56 oyunda 19 qol və 18 məhsuldar ötürmə müəllifi olub. /Teleqraf

Milli.Az