"Kurtlar Vadisi"nin Çakırı lüks BMW-si ilə görüntüləndi - VİDEO

24 May 2025 15:15

"Kurtlar Vadisi" serialındakı Çakır obrazı ilə könülləri fəth edən aktyor Oktay Kaynarca ötən gün boğaz körpüsündə görüntülənib.

Milli.Az bildirir ki, məşhur aktyorun lüks BMW-sində görən digər sürücülər mobil telefonla onu videoya çəkiblər.

Rəylərdən birində "hələ də BMW-yə sadiqdir", - yazılıb.

Qeyd edək ki, Süleyman Çakır obrazı o qədər təsirli olub ki, serialın yayımından 10 ildən çox vaxt keçsə də, hər il həmin obraza yas tutulur.

İsmayıl
Milli.Az