Abdullah Gül uzun müddət sonra görüntüləndi - FOTO

24 May 2025 13:36

Uzun müddətdir ictimaiyyətin diqqətindən uzaq yaşayan Türkiyənin 11-ci prezidenti Abdullah Gül Özbəkistana gedib.

Milli.Az xəbər verir ki, keçmiş dövlət başçısı Orta Asiya səfəri çərçivəsində ilk dəfə Özbəkistana getdiyini açıqlayıb.

Gül bu səfərini sosial media hesabında paylaşaraq Daşkənd, Səmərqənd, Buxara və Xivəni ilk dəfə ziyarət etdiyini bildirib və Özbəkistandakı inkişafı "təqdirəlayiq" adlandırıb. O, bu səfərdən həyat yoldaşı Həyrünnisa Gülün ilə şəkillər paylaşıb.

Abdullah Gül Orta Asiya şəhərlərini "Türk-İslam mədəniyyətinin beşiyi" adlandıraraq, bölgədəki dəyişiklikləri, dinamizmi və tərəqqini yüksək qiymətləndirib.

İsmayıl
Milli.Az