Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşünün təşkili üzərində işləyir.
Milli.Az xəbər verir ki, bu barədə nazir Andriy Sibiha məlumat yayıb.
O, bildirib ki, hazırda qarşıdakı görüşün geniş tərkibdə keçirilə biləcəyi ehtimal olunur. Nazir vurğulayıb ki, tərəflər artıq hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər və bu proses artıq başlayıb. İndi isə Ukrayna Rusiyanın qeyd-şərtsiz atəşkəsə dair mövqeyini gözləyir, oxşar sənəd isə Kiyevdə hazırlanır.
Sibiha həmçinin bildirib ki, Ukrayna ABŞ Prezidenti Donald Trampın da danışıqlara qatılmasını arzu edir. O qeyd edib ki, mümkün danışıqlar zamanı Avropanın da iştirak etməsi zəruridir.
Diplomat əlavə edib ki, Rusiya ilə atəşkəsin müzakirə olunması üçün Vatikanda keçiriləcək görüşdə iştirak etmək istəkləri hələ də qüvvədədir.
Asya
Milli.Az