İranda fabrikdə güclü YANĞIN - VİDEO

24 May 2025 11:13

İsfahan əyalətinin Murçexort şəhərində iplik və toxuculuq fabrikində güclü yanğın baş verib.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanğının başvermə səbəbi hələlik məlum deyil və tam söndürüldükdən sonra ekspertiza tərəfindən araşdırılacaq.

Milli.Az