Bakıda idman meydançasında meyit tapıldı

24 May 2025 15:30

Paytaxtın Sabunçu rayonunda meyit tapılıb.

Milli.Az xəbər verir ki, Bakıxanov qəsəbəsi Sülh küçəsi 12-də yerləşən binanın həyətindəki idman meydançasında kişi meyiti aşkarlanıb.

Meydançadakı turnikin yanında tapılan meyitin 1963-cü il təvəllüdlü F.Baxşəliyevə məxsus olması məlum olub. Əvvəllər məhkum olunmuş şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az