"Yeşilçam"ın unudulmaz simalarından biri olan Adile Naşitin həyatına həsr olunan "Adile" filminin çəkilişləri davam edir.
Milli.Az xəbər verir ki, BKM-nin prodüserliyi ilə ekranlaşdırılacaq filmin rejissoru məşhur sənətçi Çağan Irmakdır.
Filmdə Kemal Sunal obrazını isə SHOW TV-nin sevilən "Güldür Güldür Şou" proqramında "Ozan" rolu ilə tanınan aktyor Berkay Tulumbacı canlandıracaq.
Adile Naşit obrazını isə Berlinale Gümüş Ayı mükafatçısı Meltem Kaptan oynayacaq.
"Adile" filmi həm Adile Naşitin şəxsi həyatı, həm də onun sənət dünyasındakı izlərini tamaşaçılara yenidən xatırlatmağı hədəfləyir.
Fidan
Milli.Az