İtaliyada çempion bəlli oldu

24 May 2025 09:35

İtaliya A Seriyasında 2024/2025 mövsümünün çempionu bəlli olub.

Milli.Az xəbər verir ki, bu uğura "Napoli" komandası nail olub.

Seriya A-nın son turunda 1-ciliyə namizəd "Napoli" və "İnter" eyni vaxtda meydana çıxıblar.

"Napoli" evdə "Kalyari"ni, "İnter" isə səfərdə "Komo"nu 2:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra neapollulardan bir xal geri qalan "İnter" çempionluq taxtını "Napoli"yə verib.

Neapol təmsilçisi 4-cü dəfə çempionatın ən güclüsü olub. (1986/1987, 1989/1990, 2022/2023 və 2024/2025)

Hüseyn
Milli.Az