“Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini alqışlayıram” - Paşinyan

23 May 2025 18:59

"Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayıram".

Milli.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "X" səhifəsində yazıb.

"Deməliyəm ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - Baş nazir bildirib.

Milli.Az