9-cu sinif imtahanlarının nəticələri bu gün açıqlanacaq

23 May 2025 13:30

Dövlət İmtahan Mərkəzi bu gün 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yoxlanmasının tamamlanacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə qurumun sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı məlumat verib.

O bildirib ki, nəticələrin gecikməsi bir neçə texniki səbəbdən irəli gəlib:

"Yeni proqram təminatının tətbiqi və esselərin qiymətləndirilməsi prosesi bir qədər vaxt apardı. Lakin bu günə qədər mənə verilən məlumata əsasən, yoxlama prosesi yekunlaşmalıdır", - deyə Abbaszadə vurğulayıb.

Nəticələrin yaxın saatlarda elan ediləcəyi gözlənilir. DİM-in rəsmi kanalları vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

Milli.Az