"Gürcüstan Azərbaycan - Ermənistan münaqişəsinə son qoymaqda çox maraqlıdır".
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili bildirib.
"Biz münaqişənin sona çatmasında maraqlı tərəflərdən biriyik. Mən hər iki ölkənin hökumətlərinə münaqişəni sona çatdırmaq istəyinə görə təşəkkür etmək istərdim. Sülh və sabitlik region üçün həlledici əhəmiyyət kəsb edir və hər üç ölkə üçün imkanlar açır", - Kavelaşvili "İmedi" telekanalına müsahibə zamanı deyib.
Daha əvvəl Ermənistana rəsmi səfərindən sonra Kavelaşvili bildirib ki, Cənubi Qafqaz ölkələri regionda uzunmüddətli sülhün və sabit inkişafın bərqərar olması üçün səfərbər olub və motivasiya olunub.
Milli.Az