Dərs adı ilə evdən çıxan məktəbli qız itkin düşdü

23 May 2025 11:39

Bakıda 17 yaşlı qız itkin düşüb.

Milli.Az xəbər verir ki, 2008-ci il təvəllüdlü A.Rzayeva mayın 20-si Nizami rayonu E.Süleymanov küçəsində yaşadığı evdən dərsə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. 

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.

Milli.Az