"Qarabağ"ın bombardir hədəfi – Manfredas Ruzgis yoldadır! - FOTO

23 May 2025 09:26

Litva millisinin və Albaniyanın "Vora" klubunun hücumçusu Manfredas Ruzgis "Qarabağ"a keçə bilər.

Milli.Az xəbər verir ki, bu mövsüm 32 oyuna 24 qol vuran forvardın çıxışı Ağdam klubunun diqqətini cəlb edib və hazırda transferlə bağlı danışıqlar gedir. "Qarabağ"ın Ruzgisi yeni mövsüm üçün komandanı gücləndirəcək əsas transfer kimi gördüyü bildirilib.

O da qeyd edilib ki, "Vora" 28 yaşlı hücumçunun "Qarabağ"a satışından kifayət qədər yaxşı qazanc əldə edə bilər.

Qeyd edək ki, Manferad Ruzgis daha əvvəl Almaniyanın aşağı liqa klublarında, Lüksemburqun yüksək liqa təmsilçisi "UNA Strassen"də də çıxış edib. /Qol.az

Milli.Az