Röya Ayxan qırmızı xalıda - VİDEO

23 May 2025 06:35

Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxıb.

Milli.Az xəbər verir ki, estrada ulduzu ağ və qaradan ibarət libası ilə xalıda addımlayıb.

Sənətçi stilist Anar Ağakişiyevlə birgə kameralara pozalar verib.

Qeyd edək ki, müğənni "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və burada "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub. Bu mükafat pop ulduza müasir Azərbaycan musiqisinə verdiyi böyük töhfəyə görə təqdim olunub.

Onu da bildirək ki, I Success - biznes, mədəniyyət, incəsənət və innovasiya sahələrində uğurları qeyd edən beynəlxalq platformadır. Onun əsas tədbiri olan "I Success Top 100 Awards Gala" müxtəlif dünya şəhərlərində, o cümlədən Buxarest və Kann şəhərlərində keçirilir. Bu gala gecəsində öz sahəsində əhəmiyyətli töhfələr vermiş 100 nüfuzlu şəxs və təşkilat mükafatlandırılır. Tədbirin məqsədi fikir liderlərini, sahibkarları, sənətçiləri və ictimai xadimləri bir araya gətirmək, əməkdaşlıq, ilham və tanınma üçün platforma yaratmaqdır.

Milli.Az