Azərbaycanlı futbolçunun oyun zamanı dili qatlandı - VİDEO

22 May 2025 21:11

Bu gün futbol üzrə I Liqanın XXVII turu çərçivəsində keçirilən "Mingəçevir" - "Karvan" oyununda təhlükəli anlar yaşanıb. 

Milli.Az xəbər verir ki, oyunun ikinci hissəsinin əvvəllərində qonaq komandanın üzvü İzzət Müştaqovun dili qatlanıb.

Hadisə İ.Müştaqovun rəqib qapıçı ilə toqquşması səbəbindən baş verib.

Huşunu itirən futbolçu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Oyunda təxminən 10 dəqiqəlik fasilə yaranıb.

Klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev tərəfindən saytımıza verilən açıqlamada İzzətin durumunun yaxşı olduğu və özünə gəldiyi bildirilib. (Offsideplus.az)

Oyunda yaşanmış dəhşətli anları təqdim edirik:
 

Milli.Az