ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO adından və öz adımdan Zati-alinizə, hökumətinizə və qardaş Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar bayram Azərbaycan xalqının sarsılmaz qətiyyətinin, suverenliyə, birliyə və tərəqqiyə möhkəm sadiqliyinin rəmzidir.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm regional, həm də qlobal miqyasda sülhü və əməkdaşlığı təşviq etməklə yanaşı, davamlı tərəqqi, mədəniyyətin qorunub saxlanılması, təhsilin və elmin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Biz ICESCO ilə Azərbaycan Respublikası arasında sıx və səmərəli əməkdaşlıqdan qürur duyuruq, bütün İslam dünyasında təhsili, elmi və mədəniyyəti dəstəkləmək üçün tərəfdaşlığımızı gücləndirməyə sadiq qalırıq. Azərbaycanın təşkilatımızdakı fəal və konstruktiv rolunu, eləcə də ICESCO-nun missiyasına və təşəbbüslərinə davamlı dəstəyinizi yüksək qiymətləndiririk.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, möhkəm cansağlığı və uğurlar arzulayıram".
Milli.Az