Bakı metrosunda veyp xəbərdarlığı

23 May 2025 08:08

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır.

Milli.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Bakı Metropoliteni" ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. 

Metronun "28 May", "Gənclik", "Elmlər Akademiyası", "Nəriman Nərimanov", "Koroğlu" və "Neftçilər" stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir.

Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Aysel Əkbər
Milli.Az